Lionel Messi MLS-in ən dəyərli futbolçusu ola bilmədi

“İnter Mayami”nin argentinalı superulduzu Lionel Messi MLS-in ən dəyərli oyunçusu mükafatına namizədlərin son üçlüyünə daxil edilməyib.

Arena.az bu barədə MLS-in rəsmi saytına istinadən məlumat verir.

MLS mövsümünün ən dəyərli oyunçusu mükafatına Lusiano Akosta (“Sinsinnati”), Tyaqo Almada (“Atlanta Yunayted”) və Deni Buanqa (“Los-Anceles”) namizəd təqdim ediliblər.

Əvzində, Messi MLS-in ən yaxşı yeni oyunçusu mükafatına namizədlər üçlüyündə yer alıb. Arentinalı hücumçu, Georgios Yakumakis (“Atlanta Yunayted”) və Eduard Leven (“Sent-Luis Siti”) ilə birlikdə namizədlər üçlüyündədir.

Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: