Lionel Messiyə içki şüşəsi atıldı – Video

MLS-də “Los-Anceles”lə səfər oyunundan sonra “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messiyə bir azarkeş içki şüşəsi tolazlayıb.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, argentinalı ulduz mühafizəçisinin müşayiəti ilə meydanı tərk edərkən tribunadan Messiyə su şüşəsi atılıb. Amma şüşə futbolçuya dəyməyib. O, özü də bu an ani çeviklik göstərərək, hədəf olmaqdan yayına bilib.

Vurğulayaq ki, bu oyunda Messi iki məhsuldar ötürmə ilə komandasının 3:1 hesablı qələbəsinə töhfə verib.

Messi “İnter Mayami”yə cari ilin yay transfer pəncərəsində keçib. Argentinalı ulduzun ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvdədir. Bu mövsüm Messi “İnter Mayami”nin heyətində 11 oyunda iştirak edib, 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: