“Liverpul” azarkşeləri: “Tanrı rizasına, Qəzzanı xilas edin!”

“Liverpul” azarkeşləri İngiltərə Premyer Liqasının 9-cu turunun “Everton”la ev oyununa (2:0) Fələstin bayraqları gətiriblər.

Arena.az bu barədə “GB News” dərgisinə istinadən məlumat verir.

Həmçinin azarkeşlər tribunalarda “Tanrı rizasına, Qəzzanı xilas edin” (For God’s sake save Gaza) yazısı olan lövhə asıblar.

Bundan əlavə, “Olt Sports”un məlumatına görə, oyun ərəfəsində sükut dəqiqəsi zamanı “Enfild”in “Kop” tribunasından “Fələstinə azadlıq” (Free Palestine) şüarı səslənib.

Xatırladaq ki, Premyer Liqa 9-cu turun oyunlarında ixtiyari İsrail və Fələstin bayraqlarının nümayişinə qadağa qoyulmasına qərar vermişdi.

Daha əvvəl bildirilmişdi ki, “Liverpul” rəhbərliyi Premyer Liqanın “Everton”la oyununda İsraildən olan həlak olmuş azarkeşlərinin xatirəsinə “Enfild”də xüsusi lövhə nümayiş etdirilməsinə icazə verməyib.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.