Kosovo-alban mafiyasının başçısı futbol ulduzlarının evlərindəki oğurluqlarından danışaraq, əməllərinin təfərrüatını açıqlayıb.
Arena.az adı “El Espanol” dərgisinə istinadən, adı gizli saxlanılan “qəhrəman”ın hansı “igidlikləri”ndən dəm vurduğunu təqdim edir:
“Barselonada Yohan Kroyfu soyan mən olmuşam. Orada Dennis Berqkampa məxsus bir saat, “Hermes”dən bəzi xırda əşyalar və təxminən 20 min avro qənimət çalıb apardım. İkinci dərəcəli ev idi. Nə müşahidə kameraları, nə də həyəcan siqnalları var idi. İçəri girəndə dərhal anladım ki, kimin evidir.
Madeyrada Kristiano Ronaldonun evinin qarət edilməsinin arxasında da biz dayanmışdıq, amma qənimət maraq doğurmurdu.
Mən bir neçə dəfə Lionel Messinin evinə basqın etmək istəyənlərin qarşısını almışam. Mən bunu Messiyə hörmət etdiyim üçün etdim, çünki onu sevirəm”.
Alban-kosova mafiyasının başçısı 20 ildən artıqdır ki, dəbdəbəli evləri qarət edir. Onun sərəncamında 100 nəfərdən çox bütöv bir “oğru ordusu” var.


