Mahir Emreli “Astana”ya qarşı 65 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində Qazaxıstan təmsilçisi “Astana” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb – 5:1.

Mahir bu matça start heyətdə başlayıb. Azərbaycanlı futbolçu 65-ci dəqiqədə, hesab 3:0 olarkən əvəzlənib. Cari mövsümdə 2 qol və 1 assist müəllifi olan Emreli bu dəfə fərqlənə bilməyib.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 34 matça çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: