“Mançester Yunayted” Antonini iştirak ərizəsinə saldı

“Mançester Yunayted” braziliyalı vingeri Antonini İngiltərə Premyer Liqasının 2023/2024 mövsümü üçün yekun heyətinə daxil edib.

Arena.az klubun rəsmi saytına istinadən “qırmızı şeytanlar”ın heyətini diqqətinizə çatdırır:

Qapıçılar: Altay Bayındır, Andre Onana, Tom Hiton;

Müdafiəçilər: Dioqu Dalo, Conni Evans, Viktor Lindelöf, Harri Maquayr, Tirell Malasia, Lisandro Martines, Serxio Reqilon, Lyuk Şou, Rafael Varan, Aaron Van-Bissaka;

Yarımmüdafiəçilər: Sofyan Amrabat, Kazemiro, Kristian Eriksen, Bruno Fernandes, Skott Maktominey, Meyson Maunt, Fakundo Pelyistri, Donni van de Bek;

Hücumçular: Antoni, Antoni Marsyal, Markus Raşford, Ceydon Sanço.

Bu iştirak ərizəsi 21 yaşdan yuxarı oyunçulardan ibarətdir. Daha kiçik yaşlı oyunçuların qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, sentyabrın 10-da “Mançester Yunayted” məişət və cinsi zorakılıqda ittiham edilən hücumçusu Antonini növbəti xəbərdarlığa qədər komanda ilə məşqlərdən uzaqlaşdırmışdı. Daha əvvəl futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun məişət zorakılığı ilə bağlı əməllərindən danışaraq, onu müvafiq məsələdə ittiham etmişdi. Sonradan məlum olub ki, Antoniyə qarşı yeni ittihamlar irəli sürülüb. Britaniya mətbuatının məlumatına görə, daha iki qadın futbolçunu hücumda ittiham edib. Antoni ittihamları təkzib edərək, özünü qurban olduğu və həqiqəti sübut edəcəyini bildirib və qadınlardan biri ilə yazışmaları dərc etdirərək, məsələnin məhkəmə ilə həll ediləcəyini bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: