İngiltərənin “Liverpul” klubunun keçmiş idman direktoru Maykl Edvards yenidən Premyer Liqa təmsilçisinə qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xatırladaq ki, daha öncə Edvardsın “Liverpul”un təlklifindən imtina etdiyi açıqlanmışdı. Lakin görünür tərəflər arasındakı danışıqlar müsbət yekunlaşıb və “Liverpul” Mayklı razı sala bilib.
Edvards “Liverpul”da yeni vəzifəni icra edəcək. “Qırmızılar”ın sabiq direktorunun FSG ilə müqavilə imzaladığı məlum olub. Bundan əlavə, daha əvvəl “Bornmut”da çalışmış Riçard Hyuz da mersisaydlıların rəhbərliyinə daxil olacaq.
Maykl Edvards 2022-ci ilin yayında “Liverpul”dan ayrılmışdı.
Edvards 2011-ci ildən “Liverpul”un strukturunda çalışaraq komandanın baş təhlilçisi kimi fəaliyyətə başlayıb. 2016-2022-ci illərdə 44 yaşlı mütəxəssis mersisaydlıların idman direktoru vəzifəsində çalışıb. Edvardsın fəaliyyəti dövründə “Liverpul” İngiltərə Premyer Liqasının (2019/2020 mövsümü) və UEFA Çempionlar Liqasının (2018/2019 mövsümü) qalibi olub.
Yeri gəlmişkən, “Liverpul”un baş məşqçisi Yurgen Klopp mersisaydlıların sabiq direktoru Maykl Edvardsın yenidən kluba qayıtmasına münasibətini açıqlayıb. Alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Maykl Edvards axmaq olmadığı üçün məndən qalmağımı istəmədi. Bu, söhbət mövzusu deyildi. Bizim həmişə çox yaxşı münasibətimiz olub. Hər halda, çox yaxşı, peşəkar əsasda. İndi, onun geri dönüşü ilə mən həqiqətən çox xoşbəxtəm. Mən klubu ən yaxşı vəziyyətdə görmək istəyirəm”, deyə Klopp vurğulayıb.
Xatırladaq ki, hazırda Premyer Liqanın yarış cədvəlində ikitirəlilik höm sürür. 28 oyundan 64 xalla “Arsenal” və “Liverpul” şərikli liderliyi sürürdürürlər. “Mançester Siti” isə 63 xalla 3-cü pillədə qərarlaşıb.


