Messinin cangüdəni yenə gündəmə çevrildi – Video

Argentinalı ulduz Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS çərçivəsində səfərdə cari çempion “Los-Anceles”ə qalib gəlib – 3:1.

Arena.az xəbər verir ki, Messinin iki qol ötürməsi verdiyi oyunda qeyri-futbol məqamı yaşanıb.

Kürəyində Messinin adı yazılmış “Barselona” futbol köynəyində bir azarkeş meydana qaçaraq argentinalı ulduzu bağrına basmaq istəyib. Ulduz hücumçunun artıq dünyaca məşhur olmuş xüsusi təyinatlı cangüdəni son anda meydana soxulmuş azarkeşi yüksək sürətlə qabaqlayaraq, ulduzu qucaqdan qoruyub.

Stüardların köməyi ilə azarkeş meydandan çıxarılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: