“Neftçi” Türkiyədəki ilk sınağından heç-heçə ilə ayrıldı

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün qardaş ölkədəki hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Laurentsiu Regekampfın çalışdırdığı paytaxt təmsilçisi Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib.

“The Sign Esentepe Hotel & Ski Cente”in stadionunda baş tutan oyunda qalib müəyyənləşib. Hesabı ilk hissədə “ağ-qaralar” açıblar. “Neftçi”ni yeni transferi Qodsvey Donyo sevindirib. Amma Türkiyə təmsilçisi matçın 82-ci dəqiqəsində buraxılan qolun əvəzini çıxıb. Beləcə, komandalar hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçə ilə ayrılıblar.

Premyer Liqamızın gümüş mükafatçısı Türkiyədəki hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.

Yoxlama oyunu
6 iyul

Neftçi – Sakaryaspor 1:1

Baş məşqçisi Laurentsiu Regekampf bu oyunda aşağıdakı heyətə güvənib: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 10. Sezar Meza Kolli, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 75. Nihad Qurbanlı, 82. Rüfət Abbasov.

Xəbəri sosial şəbəkələrdə paylaş: