“Neftçi”nin “Olimpiya” ilə matçının yeri və vaxtı bəlli oldu

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi ilk yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.

Arena.az xəbər verir ki, Sloveniyanın “Olimpiya” klubu ilə görüş “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komanda toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. İyunun 25-də baş tutacaq görüşdəki rəqib hələ ki müəyyənləşməyib. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: