Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının 1/4 finalının “Barselona” ilə ilk oyununu (0:4) şərh edib.
Arena.az “Borussiya”nın mətbuat xidmətinə istinadən, xorvat mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz məğlub olduq. Bu, aydındır və buna layiq idik. Düşünürəm ki, biz qol buraxdıqdan sonra birinci hissənin ilk iyirmi dəqiqəsini yaxşı oynadıq. Bundan sonra isə bizim oyun üslubumuz çox dağınıq oldu, meydanda sakitlik tapa bilmədik və bu, bizə qarşı çevrildi. Biz cərimə zərbəsindən qol buraxdıq, üç qolu isə əks-hücumlardan sonra yedik. Əks-hücumlardan sonra üç qol buraxmaq – bu, sözsüz ki, həddindən artıqdır. Topu itimək olar, bu, oyunun bir hissəsidir, amma ardınca doğru qərarlar qəbul etmək gərəkdir. Bunlar, müvafiq yüksək səviyyədə ciddi nəticələrə yol açan xırda xüsuslardır”, deyə Niko Kovaç vurğulayıb.
Komandalar arasındakı cavab oyunu aprelin 15-də Dortmundda baş tutacaq.


