Premyer Liqa: 11-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, sabah baş tutacaq turun açılış matçını – “Qarabağ”la “Keşlə”nin oyununu Kamal Umudlu idarə edəcək.

Şənbə günü keçiriləcək “Neftçi” – “Sabah” matçı Rəvan Həmzəzadəyə, “Zirə” – “Səbail” oyunu isə Əliyar Ağayevə tapşırılıb.

“Qəbələ” – “Sumqayıt” görüşünü isə Rəşad Əhmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası
11-ci tur
19 noyabr

“Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azersun Arena”, 19:00.

20 noyabr

“Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Bakcell Arena”, 18:15.

21 noyabr

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu, 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: