Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçnda “Zirə” “Sumqayıt”ı qəbul edəcək. “Neftçi” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.
Sonuncu gündə “Keşlə” “Sabah”ı, “Qarabağ” da “Qəbələ”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
18-ci tur
5 mart
“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Neftçi” – “Səbail”
Bakı. “Bakcell Arena”, 19:15.
6 mart
“Keşlə” – “Sabah”
Bakı. “ASK Arena”, 17:00.
“Qarabağ” – “Qəbələ”
Bakı. “Azersun Arena”, 19:15.


