Premyer Liqa: 22-ci turun hakim təyinatları bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 9 və 10 apreldə keçiriləcək.

Şamaxıda baş tutacaq turun açılış matçını – “Şamaxı” ilə “Neftçi”nin oyununu FİFA referisi Elçin Məsiyev idarə edəcək. “Sabah” – “Zirə” qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb.

“Sumqayıt”ın lider “Qarabağ”la oyununda FİFA referisi Əliyar Ağayev iş başında olacaq. Turun qapanış matçı olan “Səbail”lə “Qəbələ”nin oyunu isə Vüqar Həsənliyə həvalə edilib.

Azərbaycan Premyer Liqası
22-ci tur
9 aprel

“Şamaxı” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:00.

“Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Masazır. “Bank Respublika Arena”, 17:00.

10 aprel

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 18:30.

“Səbail” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASCO Arena”, 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: