Premyer Liqa: 23-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun bütün təyinatları açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.

İlk oyun günündə baş tutacaq “Qəbələ” – “Sumqayıt” matçını Rauf Cabbarov idarə edəcək. Lider “Qarabağ”ın “Şamaxı” ilə ev oyunu isə Rauf Allahverdiyevə tapşırılıb.

“Zirə” – “Səbail” matçında FİFA referisi Əliyar Ağayev iş başında olacaq. “Neftçi” – “Sabah” qarşılaşmasının baş hakimi isə Kamal Umudlu olacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur
15 aprel

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Azersun Arena”, 19:30.

16 aprel

“Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:15.

“Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bakcell Arena”, 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: