Premyer Liqa: “Börnli” bu mövsüm ilk qələbəsini qazandı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə görüşü “Luton Taun”la “Börnli” arasında baş tutub.

Üç qolun qeydə alındığı oyun qonaq komandanın qələbəsiylə yekunlaşıb. Bu, “Börnli”nin cari mövsümdəki ilk qələbəsidir. Sözügedən komanda bu qələbədən sonra 4 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. “Luton Taun” da 4 xal toplayıb və 17-cidir.

İngiltərə, Premyer Liqa
2-ci turun oyunu

3 oktyabr

Luton Taun – Börnli 1:2
Qollar: Adebayo, 84 – Foster, 45+2. Larsen, 85.

Xəbəri sosial şəbəkələrdə paylaş: