Premyer Liqa: “Liverpul” 2, “Çelsi” 6 qolla qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Bornmut” – “Nyukasl” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

8 qolun qeydə alındığı “Vulverhempton” – “Çelsi” matçında “zadəganlar” darmadağına seviniblər.

“Liverpul” isə doğma meydanda “Brentford”u 2 cavabsız qolla üstələyib.

Beləliklə, 2 turdan sonra son çempion “Mançester Siti” 6 xalla liderdir. “Brayton”, “Arsenal” və “Liverpul” da itkisiz irəliləyirlər. “Tottenhem”, “Nyukasl” və “Nottingem Forest” 4, “Çelsi”, “Vest Hem”, “Fulhem”, “Mançester Yunayted”, “Aston Villa” və “Brentford” isə 3 xal qazanıblar.

İngiltərə, Premyer Liqa
2-ci tur
24 avqust

Brayton – Mançester Yunayted 2:1
Qollar: Uelbek, 32. Joao Pedro, 90+5 – Diallo, 60.

Kristal Pelas – Vest Hem 0:2
Qollar: Souçek, 67. Bouen, 72.

Fulhem – Lester Siti 2:1
Qollar: Emil Smit Rou, 18. İvobi, 70 – Faes, 38.

Mançester Siti – İpsviç Taun 4:1
Qollar: Haland, 12-pen; 16; 88. De Bruyne, 14 – Smodiks, 7.

Sauthempton – Nottingem Forest 0:1
Qollar: Gibbs-Uayt, 70.

Tottenhem – Everton 4:0
Qollar: Bissuma, 14. Son, 25; 77. Romero, 71.

Aston Villa – Arsenal 0:2
Qollar: Trossar, 67. Parti, 77.

25 avqust

Bornmut – Nyukasl 1:1
Qollar: Tavernye, 37 – Qordon, 76.

Vulverhempton – Çelsi 2:6
Qollar: Kunya, 27. Larsen, 45+6 – N.Cekson, 2. Palmer, 45. Madueke, 49; 58; 63. J.Feliks, 80.

Liverpul – Brentford 2:0
Qollar: L.Dias, 13. Salah, 70.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: