Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də beş qarşılaşma baş tutub.
“Nottingem Forest” evdə “Brayton”a məğlub olubsa, “Aston Villa” “Vulverhempton”u xalsız yola salıb. “Mançester Yunayted” səfərdə “Kristal Pelas”a, “Liverpul” “Vest Hem”ə qalib gəlib. “Çelsi” və “Arsenal” arasındakı London derbisində isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, geridə qalmış 13 turdan sonra “Arsenal” 30 xalla vahid liderdir. “Mançester Siti” 25 xalla ikinci pillədə qərarlaşıb. “Çelsi” və “Aston Villa”nın 24, “Brayton” və “Sanderlend”in 22, “Mançester Yunayted” və “Liverpul”un 21 xalı var.
İngiltərə, Premyer Liqa
13-cü tur
29 noyabr
Brentford – Börnli 3:1
Qollar: Tyaqo, 81-pen; 86. Uattara, 90+2 – Flemminq, 85-pen.
Everton – Nyukasl 1:4
Qollar: Dyusberi-Holl, 69 – Tiav, 1; 58. Mayli, 25. Voltemade, 45.
Mançester Siti – Lids 3:2
Qollar: Foden, 1; 90+1. Qvardiol, 25 – Levin, 49. Nmeça, 68.
Sanderlend – Bornmut 3:2
Qollar: Le Fi, 30-pen. Traore, 46. Brobbi, 69 – A.Adli, 7. T.Adams, 15.
Tottenhem – Fulhem 1:2
Qollar: M.Kudus, 59 – Tete, 4. H.Uilson, 6.
30 noyabr
Kristal Pelas – Mançester Yunayted 1:2
Qollar: Mateta, 36-pen – Zirkze, 54. Maunt, 63.
Aston Villa – Vulverhempton 1:0
Qol: Kamara, 67.
Nottingem Forest – Brayton 0:2
Qollar: De Kuyper, 45+1. Tsimas, 88.
Vest Hem – Liverpul 0:2
Qollar: A.İsak, 60. Qakpo, 90+2.
Çelsi – Arsenal 1:1
Qollar: Çaloba, 48 – Merino, 59.


