Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Ayntraxt” – “Volfsburq” matçında qalib müəyyənləşməyib. “Hamburq” “Ştutqart”ı, “Frayburq” isə “Maynts”ı məğlub yola salıb.
Beləliklə, geridə qalmış 12 turdan sonra 34 xala malik “Bayern” vahid liderdir. “Leypsiq” 26 xalla ikinci, Dortmund “Borussiya”sı 25 xalla üçüncü sırada qərarlaşıb. “Bayer” və “Hoffenhaym”ın 23, “Ştutqart”ın 22 xalı var.
Almaniya, Bundesliqa
12-ci tur
28 noyabr
Borussiya (Mönhenqladbax) – Leypsiq 0:0
29 noyabr
Bayern – Sankt Pauli 3:1
Qollar: R.Gerrero, 44. L.Dias, 90+3. N.Cekson, 90+6 – Huntondji, 6.
Hoffenhaym – Auqsburq 3:0
Qollar: B.Ture, 16. Burger, 26. Zesiger, 45-öz qapısına.
Union Berlin – Haydenhaym 1:2
Qollar: Xedira, 43 – Şimmer, 90. Şoppner, 90+5.
Verder – Köln 1:1
Qollar: Friedl, 22 – El Mala, 90+1.
Bayer – Borussiya (Dortmund) 1:2
Qollar: Kofane, 83 – Anselmino, 41. Adeyemi, 65.
30 noyabr
Hamburq – Ştutqart 2:1
Qollar: Qlatsel, 17. Vyeyra, 90+4 – Undav, 54.
Ayntraxt – Volfsburq 1:1
Qollar: Batşuayi, 90+6 – Zehnter, 67.
Frayburq – Maynts 4:0
Qollar: Kubler, 12. Qrifo, 26. Manzambi, 50. Osterhaqe, 90.


