Premyer Liqa: “Qəbələ” “Araz”ı xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutmuş oyunun baş hakimi Kamal Umudlu olub.

Ardıcıl 4 oyun idi uduzan “Qəbələ” uğursuz gedişata “Araz-Naxçıvan”la oyunda son qoymağa çalışıb. İstefası gündəmdə olan Kaxaber Sxadadzenin komandası 5 xalla iki aşkar autsayderdən biri idi. “Araz-Naxçıvan” isə bu oyundan öncə 20 xalla 6-cı idi. Komanda liderlər qrupundan çox aralanmamaq üçün səfərdən xal və xallarla qayıtmaq arzusundaydı.

Amma 3 qolun qeydə alındığı bu görüşdə “Qəbələ” qələbəyə sevinən tərəf olub.

Premyer Liqa
13-cü tur

30 noyabr

“Qəbələ” – “Araz-Naxçıvan” 2:1
Qollar: Prins Ovusu, 15. Adriel Ba Lua, 59 – Bəxtiyar Həsənalızadə, 34.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu, 16:30.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Sxadadze.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.