Premyer Liqa: “Qəbələ” və “Neftçi”dən inamlı qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Əyalət təmsilçisi bu oyunda “dənizçilər”i 2 cavabsız qolla məğlub edib. Günün digər matçı son çempion “Neftçi” ilə “Keşlə” arasında baş tutub. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Ağ-qaralar” matçın taleyini elə ilk yarıda vurulan 3 cavabsız qolla həll edib. “Keşlə”nin son dəqiqələrdə vurduğu 1 qol isə təsəllidən başqa bir işə yaramayıb.

Sabah daha bir oyun keçiriləcək. “Zirə” “Sabah”ı qəbul edəcək. “Qarabağ”ın “Sumqayıt”la matçı isə Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında Marsel “Olimpik”i (Fransa) ilə pley-off oyunlarına görə təxirə salınıb. Bu matç mayın 12-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur
19 fevral

“Qəbələ” – “Səbail” 2:0
Qol: Ü.İsgəndərov, 78. İ.Alimi, 90+7.
Hakimlər: Rauf Cabbarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev (k), 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 24. Patrik Robson.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 2. Samet Karakoç, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Səbail: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 39. Tural Bayramlı, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 70. Elşad Tağıyev, 15. Ayxan Bədizadə.
Baş məşqçi: Aftandil Hacıyev.


“Neftçi” – “Keşlə” 3:1
Qol: S.M.Kolli, 21. V.Stankoviç, 26. R.Nəsirli, 44 – F.Santos, 90+3.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. “Bakcell Arena”, 17:15.

Neftçi: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 73. Ramin Nəsirli.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

Keşlə: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 99. Rafael Məhərrəmli, 77. Merab Giqauri, 10. Felipe Santos, 9. Natan Oduva, 13. Pərviz Azadov, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 27. Əkpər Vəliyev, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 6. Franko Flores, 22. Elçin Mustafayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov.
Baş məşqçi: Sənan Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: