Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, “Bakcell Arena”da planlaşdırılan renovasiya işlərini əsas gətirən “Neftçi” “Sumqayıt”a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL “Neftçi” və “Sumqayıt” komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Baş tutacaq oyunlara gəlincə, ilk gündə “Səbail” “Keşlə”ni, “Sabah” isə lider “Qarabağ”ı qəbul edəcək.
İkinci oyun günündə “Qəbələ” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Turun qapanış matçında isə son çempion “Neftçi” “Sumqayıt”la qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
19-cu tur
12 mart
“Səbail” – “Keşlə”
Bakı. “ASCO Arena”, 16:45.
“Sabah” – “Qarabağ”
Masazır. “Bank Respublika Arena”, 19:00.
13 mart
“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 16:00.
“Neftçi” – “Sumqayıt”
Bakı. “Bakcell Arena”, 18:15.


