Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 18 və 19 martda keçiriləcək.
Turun açılış matçında “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Bu oyunu Vüqar Həsənli idarə edəcək.
Günün digər matçında “Neftçi” “Qəbələ” ilə üz-üzə gələcək. Matçın baş hakimi Elçin Məsiyev olacaq. Yeri gəlmişkən, bu matç saat 19:37-də start götürəcək. Bu, Peşəkar Futbol Liqasının “Neftçi”yə yubiley jestidir. Belə ki, martın 18-də bu klubun yaranmasının 85-ci ili tamam olacaq. PFL də məhz 1937-ci ildə yaranmış “Neftçi”yə jest edərək bu komandanın matçının start saatını 19:37 olaraq təyin edib.
“Sabah” bu turda autsayder “Səbail”lə qarşılaşacaq. Lider “Qarabağ” isə əsas izləyicisi “Zirə”nin qonağı olacaq. Bu iki oyun müvafiq olaraq Əliyar Ağayev və Rauf Cabbarova həvalə edilib.
Azərbaycan Premyer Liqası
20-ci tur
18 mart
“Keşlə” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”, 17:00.
“Neftçi” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Bakcell Arena”, 19:37.
19 mart
“Sabah” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Masazır. “Bank Respublika Arena”, 16:45.
“Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.


