Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 18 və 19 martda keçiriləcək.
Turun açılış matçında “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Günün digər matçında “Neftçi” “Qəbələ” ilə üz-üzə gələcək. Yeri gəlmişkən, bu matç saat 19:37-də start götürəcək. Bu, Peşəkar Futbol Liqasının “Neftçi”yə yubiley jestidir. Belə ki, martın 18-də bu klubun yaranmasının 85-ci ili tamam olacaq. PFL də məhz 1937-ci ildə yaranmış “Neftçi”yə jest edərək bu komandanın matçının start saatını 19:37 olaraq təyin edib.
“Sabah” bu turda autsayder “Səbail”lə qarşılaşacaq. Lider “Qarabağ” isə əsas izləyicisi “Zirə”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
20-ci tur
18 mart
“Keşlə” – “Sumqayıt”
Bakı. “ASK Arena”, 17:00.
“Neftçi” – “Qəbələ”
Bakı. “Bakcell Arena”, 19:37.
19 mart
“Sabah” – “Səbail”
Masazır. “Bank Respublika Arena”, 16:45.
“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 19:00.


