Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Növbəti tura aprelin 2-də start veriləcək. Turun açılış matçında lider “Qarabağ” çempionatın aşkar autsayderi “Səbail”i qəbul edəcək. İlk oyun gününün digər matçında “Sumqayıt” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.
Aprelin 3-də “Qəbələ” “Keşlə”ni sınağa çəkəcək. Turun qapanış matçı isə liderin əsas izləyiciləri olan “Neftçi” və “Zirə” komandaları arasında baş tutacaq.
Qeyd edək ki, “Bakcell Arena”da planlaşdırılan renovasiya işlərini əsas gətirən “Neftçi” “Zirə”yə qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Zirə”nin razılıq məktubunu rəhbər tutan PFL bu komandalar arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel
“Qarabağ” – “Səbail”
“Azersun Arena”, 16:00.
“Sumqayıt” – “Sabah”
Sumqayıt. “Kapital Bank Arena”, 18:15.
3 aprel
“Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu, 15:00.
“Neftçi” – “Zirə”
Bakı. “Bakcell Arena”, 17:15.


