Premyer Liqada 23-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 15 və 16 apreldə keçiriləcək.

İlk oyun günündə “Qəbələ” “Sumqayıt”ı qəbul edəcəksə, lider “Qarabağ” da “Şamaxı”nı sınağa çəkəcək.

“Zirə” bu turda “Səbail”lə qarşılaşacaq. “Neftçi”ni isə “Sabah”la qarşılaşma gözləyir.

Azərbaycan Premyer Liqası
23-cü tur
15 aprel

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 17:00.

“Qarabağ” – “Şamaxı”
Bakı. “Azersun Arena”, 19:30.

16 aprel

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 18:15.

“Neftçi” – “Sabah”
Bakı. “Bakcell Arena”, 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: