Premyer Liqada mövsümün antirekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunda cəmi 6 qol qeydə alınıb. Arena.az xəbər verir ki, bu turda orta məhsuldarlıq 1.50-yə bərabər olub.

Bu, mövsümün antirekordudur. Daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən çempionatın 21-ci turunda təsadüf olunub. Həmin vaxt 4 görüşdə cəmi 5 qol vurulub. Orta məhsuldarlıq isə 1.25-ə bərabər olub.

Qeyd edək ki, “Sabah”ın “Neftçi”yə, “Səbail”in “Zirə”yə eyni – 0:1, “Sumqayıt”ın “Qəbələ”yə 0:4 hesabı ilə uduzduğu turda “Keşlə” və “Qarabağ” qolsuz sülhə imza atıb.