“Qəbələ”nin macarlarla ilk matçının biletləri satışa çıxarıldı

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qəbələ”nin U-19 komandası Çempionlar yolunun 1-ci mərhələsində ilk oyununu keçirəcək.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” sabah Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək görüşün biletləri satışa çıxarılıb. Biletlərin qiyməti 2 manatdır. Azarkeşlər biletləri bu gündən etibarən klubun “Fan şop”undan əldə edə bilərlər.

Xatırladaq ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Puşkaş Akademiya” matçına saat 16:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: