“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Arena.az xəbər verir ki, “Maribor” Sloveniya çempionu olduğuna görə Şimali İrlandiyanın “Linfild” klubu səpələnməmişlər səbətinə düşüb.
Bununla da “Linfild” “Qarabağ”ın potensial rəqiblərindən birinə çevrilib. Qurban Qurbanovun komandası bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Azərbaycan və Ermənistan təmsilçisiləri isə görüşə bilməzlər. Ermənistanda qalib son turda bəlli olacaq. İlkin mərhələdə isə 4 komanda mübarizə aparacaq. Onlardan da Estoniya (“Levadiya”), Andorra (“İnter Eskalades”) və İslandiya (“Vikinqur”) çempionları bəllidirsə, San Marinonun çempionu hələ müəyyənləşməyib. Bu komandalardan yalnız biri 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq ki, bu da iyunun 24-də baş tutacaq final matçından sonra bilinəcək.
Sonda onu da bildirək ki, “Qarabağ” ÇL-in birinci təsnifat mərhələsində ən reytinqli komandadır. Azərbaycan təmsilçisinin hesabında 25.000 reytinq xalı var ki, buna görə öz səbətində də birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
Səpələnmişlər
Qarabağ (Azərbaycan)
Malmö (İsveç)
Lüdoqorets (Bolqarıstan)
Şerif (Moldova)
ÇFR (Rumıniya)
Bodo Qlimt (Norveç)
Ferentsvaroş (Macarıstan)
Maribor (Sloveniya)
Slovan (Bratislava, Slovakiya)
HJK (Finlandiya)
TNS (Uels)
Düdelanj (Lüksemburq)
Jalgiris (Litva)
Linkoln (Cəbəllütariq)
Şemrok Rovers (İrlandiya)
Səpələnməmişlər
Linfild (Şimali İrlandiya)
Zrinski (Bosniya və Herseqovina)
Şaxtyor (Soliqorsk, Belarus)
Sutyeska (Monteneqro)
Klaksvik (Farer adaları)
Lex (Poznan, Polşa)
Hibernians (Malta)
Tobol (Qazaxıstan)
Şkupi (Şimali Makedoniya)
RFS (Latviya)
Dinamo (Batumi, Gürcüstan)
Tirana (Albaniya)
Balkani (Kosovo)
İlkin mərhələnin qalibi
Ermənistan çempionu


