Azərbaycanlı yarımmüdafiəçi, “Neftçi”nin yetirməsi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Latviya çempionatının 32-ci turu çərçivəsində baş tutan “Valmiera” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan heç-heçə ilə ayrılıb – 0:0.
Ramin bu matça start heyətdə başlayıb və sonadək oynayıb. Əvvəlki turlarda 2 qol və 3 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənməyib.
“Dauqavpils” 32 turdan sonra 33 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. O, indiyə qədər bu komandanın heyətində 33 oyuna çıxıb, 2 qola və 4 assistə imza atıb.


