“Real” Çempionlar Liqasında ilkə imza atdı

UEFA Çempionlar Liqasının “Real” və “Mançester Siti” arasındakı cavab matçı Madrid təmsilçisi üçün əlamətdar olub. Arena.az xəbər verir ki, İspaniya klubu səfərdəki ilk oyunda 3:4 hesabıyla uduzsa da, evdə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Madridlilər ÇL tarixində pley-off mərhələlərinin hər birinin ilk oyununda məğlub olmasına baxmayaraq, finala yüksələn ilk komandadır. “Kral klubu” 1/8 finalda PSJ-yə 0:1, 1/4 finalda “Çelsi”yə 2:3, yarımfinalda isə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzub. Lakin bu rəqiblərin hər biri ilə cavab görüşündə qalib gələn və mərhələ adlayan tərəf İspaniya klubu olub.

Avrokuboklar tarixində buna qədər belə hal iki dəfə baş verib. 1966-cı ildə Serbiya “Partizan”ı “Verder”, “Sparta” və “Mançester Yunayted”i əzmkar qələbə sayəsində yolundan kənarlaşdırıb. 1978-ci ildə isə “Brügge” (rəqibləri “Panatinaikos”, “Atletiko”, “Yuventus”) ilk oyunlardakı yenilgiyə rəğmən yoluna davam edib.

Madrid klubu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində yarımfinalın ilk duelində məğlub olduqdan sonra cavab matçında qalib gələrək finala yüksəlib. Madridlilərin buna qədərki 8 cəhdi uğursuz olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: