Rüfət Dadaşov üçün 82 dəqiqə və darmadağın

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 27-ci turu çərçivəsində baş tutan “Proyssen Münster”lə matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:3.

Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 9 qol vurmuş 31 yaşlı forvard bu dəfə fərqlənə bilməyib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 36 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: