Rusiya İkinci Liqasının futbolçusu avtoqəzada həyatını itirdi

Oktyabrın 12-nə keçən gecə Rusiya İkinci Liqasında çıxış edən “Uralets-TS” komandasının 4 futbolçusunun olduğu avtomobil qəzaya uğrayıb.

Arena.az “Uralets-TS” klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, bədbəxt hadisə Perm – Yekaterinburq magistralında baş verib.

Komandanın müdafiəçisi Yevgeni Sitnikovun aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişdiyi bildirilir. Digər futbolçu Kirill Koçetov isə xəstəxanada ağır vəziyyətdədir.

Perm “Amkar”ının mətbuat xidməti isə daha iki futbolçu, klubun yetirmələri – Kirill Mılnikov və Denis Fyodoroçevin qəzada ciddi xəsarət almadığını bildirib.

“Amkar” Futbol Klubu Jenya Sitnikovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Kirill Koçetovun sağlamlığı üçün dua edir”, – mətbuat xidməti klubun adından bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: