Rusiya Premyer Liqasında penalti rekordu qeydə alındı

Rusiya Premyer Liqasının 2-ci turunun “Axmat” – ÇSKA matçının baş hakimi Vladislav Bezborodov bir oyuna beş penalti təyin edib.

Arena.az Rusiya Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir ki, müvafiq hal milli çempionatın rekordunu yeniləyib.

ÇSKA-nın hücumçusu Fyodor Çalov hər üç penaltini qola çevirib. “Axmat”ın heyətində isə Məhəmməd Konate 11 metrlik məsafədən “dubl”a imza atıb. Həmçinin hakim ordu klubunun qapısına təyin edilmiş ikinci penaltini iki dəfə təkrar yerinə yetirməyi tələb edib.

Müvafiq göstəricidə əvvəlki rekord Rusiya Premyer Liqasının 2020/2021 mövsümünün 24-cü turu çərçivəsində keçirilmiş ÇSKA – “Tambov” oyununda qeydə alınmışdı. Hakim bu oyunda 3 penalti təyin etmişdi. O zaman da “hərbçilər” qalib gəlmişdilər, CSKA-nın iki penalti qoluna “canavarlar” 1 penalti qolu ilə cavab vermişdilər – 2:1.

Maraqlıdır ki, 1999-cu ildə “Rotor” – “Çernomorets” oyununda da beş penalti təyin edilib. Amma onda Rusiya çempionatı “Yüksək Divizion” adlanırdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: