Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Murad Musayevun çalışdırdığı kollektiv Antalyadakı ikinci sınağında Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşıb.
Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməyib. İlk hissə qolsuz bitib. 76-cı dəqiqədə Ukrayna təmsilçisi hesabı açıb. Bakılılar bərabərlik qolunu 83-cü dəqiqədə vurublar. Kamran Quliyev komandasını məğlubiyyətdən xilas edib. Beləcə, Premyer Liqa təmsilçisi Antalyadakı ikinci sınağından da heç-heçə ilə ayrılıb.
Xatırladaq ki, “Sabah” Antalyadakı ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə də heç-heçə etmişdi – 1:1. Premyer Liqa təmsilçisi son sınaq matçında yanvarın 25-də “Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq.
Yoxlama oyunu
20 yanvar
Sabah – Zarya 1:1


