“Sabah” yarımmüdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 1 ildir.
28 yaşlı müdafiəçi ötən ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. Bəxtiyar Həsənalızadə son mövsümdə 8 oyunda şans qazanıb.
“Sabah” daha öncə Saşa Stamenkoviç, Zurab Oçiqava və Xulio Rodriqeslə də yeni müqavilə bağlayıb. “Zirə”dən Elvin Camalovu transfer edən bu klub Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Təmkin Xəlilzadə və Dmitro Klotsla da yollarını ayırıb.


