Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı kollektiv Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Bakılıların yeganə qolunu Bəxtiyar Həsənalızadə vurub.
İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” daha öncə İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klublarına da məğlub olmuşdu.
Komandanın Bolqarıstan toplanışı iyulun 31-də bitəcək.