Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Sözügedən kollektiv Macarıstanın “Pakş” və Serbiyanın “Mladost” (Luçani) komandaları ilə qarşılaşacaq. Macarlarla görüş yanvarın 15-də, serblərlə qarşılaşma isə ayın 25-də baş tutacaq.
Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. Lakin bu oyundakı rəqib hələ dəqiqləşməyib. Klub bu barədə qarşıdakı günlərdə əlavə məlumat veriləcəyini bildirib.
“Sabah”ın Antalya toplanışı yanvarın 12-də başlayacaq. Hazırlıq prosesi ayın 26-na qədər davam edəcək.


