“Sabah”ın qış hazırlıq planı açıqlandı

“Sabah”ın qış hazırlıq planı bəlli olub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi məşqlərə yanvarın 6-da, Bakıda başlayacaq. Murad Musayevin çalışdırdığı kollektiv ayın 12-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Antalya toplanışı yanvarın 26-na kimi davam edəcək. Türkiyədəki təlim-məşq toplanışı müddətində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Lakin “Sabah”ın qış təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblər hələ bəlli deyil.

Xəbəri sosial şəbəkələrdə paylaş: