Salazar: “Futbolçulara da daha yaxşı yaşamaq üçün pul lazımdır”

“Əl-Nəsr”in icraçı direktoru Marselo Salazar futbolçuların Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçidindən danışıb.

Arena.az məlumat verir ki, o, bu barədə TZ dərgisinin jurnalisti Filipp Kesslerə müsahibəsində söhbət açıb:

“Dəlil budur ki, pul önəmlidir. Daha yaxşı yaşamaq üçün hər kəsə pul lazımdır. Futbolçuların Səudiyyə Ərəbistanına getmək imkanı varsa, o zaman niyə düşünməyək?

Səudiyyə Ərəbistanı Liqası bu yaxınlarda ona qoşulan oyunçular sayəsində keyfiyyətdə böyük bir sıçrayış edib. Ancaq bundan əvvəl də güclü liqa idi. Yaxşı Səudiyyə Ərəbistanı yığması da vardı. Onlar 2018-ci ildə dünya çempionatının Rusiya ilə ilk oyununda 0:5 hesabı ilə uduzublar. 2022-ci ildə isə onlar Dohada qrup mərhələsində Argentinanı məğlub etdilər. Səudiyyə Ərəbistanı futbolçuların səviyyəsi artır.

O deyil ki, burada yalnız xarici ulduzlar yaxş olubar. Bu, heç də belə deyil. Səudiyyə Ərəbistanı liqası inkişaf edir. Bu, oyunçuları inandırır. Bizim liqamız çox yaxşıdır”, deyə Marselo Salazar bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: