Samuel Eto‘O rüşvətxorluqda ittiham edildi – FIFA-ya şikayət

Afrika futbolunun ulduzu, sabiq hücumçu, Kamerun Futbol Federasiyasının (FECAFOOT) cari prezidenti Samuel Eto’O vəzifəsini itirə bilər.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ölkənin Futbol Liqası açıq məktub dərc edərək, FIFA prezidenti Canni İnfantinonu Samuel Eto’Onu tutduğu vəzifədən uzaqlaşdırmağa çağırıb. Eto’O rüşvətxorluqda və danışılmış oyunların təşkilində ittiham edilir. Sözügedən məktubda məşhur keçmiş hücumçunun federasiya prezidenti kimi etdiyi yolverilməz əməllər və tutduğu vəzifədən istefasına əsas ola biləcək qanunsuz fəaliyyəti ümumiləşdirilib.

Eto’O-nun uzaqlaşdırılması üçün digər əsaslı səbəbin isə pul vəsaitinin mənimsənilərək oğurlanması ilə bağlı araşdırmalardır.
Hazırda Samuel Eto’O səlahiyyət müddəti başa çatana qədər daha iki il vəzifəsində qalmağı nəzərdən keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: