Sebastyan Espozito yenidən icarəyə verildi

İtaliyanın “İnter” klubunun hücumçusu Sebastyan Espozito yenidən icarəyə göndərilib. Arena.az xəbər verir ki, 19 yaşlı hücumçu qarşıdakı mövsümü İsveçrə çempionatında keçirəcək.

O, bu ölkənin “Bazel” klubuna keçib. Bu barədə “İnter”in mətbuat xidməti məlumat yayıb. Espozito 2021/22 mövsümünün sonuna kimi İsveçrə klubuna icarəyə verilib.

“İnter”in yetirməsi olan hücumçu əsas komanda ilə 15 oyuna çıxıb. O, son mövsümlərdə SPAL və “Venetsiya”da da icarədə oynayıb.

Sebastyan Espozito həm də İtaliyanın U-21 yığmasının formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: