Serjio Konseysao – “Əl-İttihad”ın yeni baş məşqçisi!

İtaliyanın “Milan” komandasının sabiq baş məşqçisi Serjio Konseysao bundan sonra “Əl-İttihad”a rəhbərlik edəcək.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Portuqaliyadan olan 50 yaşlı mürəxəssislə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş fransalı Loran Blanı əvəz edib.

Xatırladaq ki, Konseysaonun sonuncu iş yeri “Milan” olub. O, İtaliya klubundan bu ilin may ayında istefaya göndərilmişdi. Çalışdrıdığı müddətdə Konseysao “Milan”ı 31 oyuna çıxarıb, 16 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət yaşayıb. Konseysao “Milan”a 2024/2025-ci illər mövsümündə İtaliya Kubokunu qazandırıb.

Serjio Konseysao “Milan”dan öncə “Portu”, “Nant”, “Vitoriya” (Gimaraynş), “Braqa”, “Akademika”, “Olhanense” kimi komandaların da baş məşqçisi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: