Serxio Akieme də “Barselona”dan getdi

İspaniyanın “Barselona” klubu müdafiəçisi Serxio Akieme ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin saytı məlumat yayıb.

Sözügedən klub 23 yaşlı müdafiəçini “Almeriya”ya satıb. Kataloniyalılar onun satışından 3.5 milyon avro qazanıb. Futbolçu ilə yeni klubu arasında 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serxio Akieme ötən mövsümü də məhz “Almeriya”da icarədə keçirmişdi. O, 2019-cu ildən “Barselona”da idi. “Rayo Valyekano” klubunun yetirməsi olan ispaniyalı sol cinah müdafiəçisi, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: