Seydu Dumbiya futbolçu karyerasını başa vurdu

Futbol üzrə Kot-d’İvuar yığma komandasının və “Roma”nın keçmiş hücumçusu Seydu Dumbiya peşəkar karyerasını başa vurub.

Arena.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında bildirib.

37 yaşlı oyunçunun son klubu Malta təmsilçisi “Hamrun” olub. O, 2021-ci ildə sözügedən klubdan ayrılandan bəri işsiz idi.

Dumbiya karyerasının ilk illərində Kot-d’İvuarın bir neçə klubunda çıxış edib. 2006-cı ildə isə o, Yaponiyaya üz tutub və burada “Kaşiva Reysol”, “Tokuşima Vortis” kimi klubların formasını geyinib. Seydu karyerası ərzində İsveçrənin “Syon”, “Yanq Boyz”, “Bazel”, İngiltərənin “Nyukasl”, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Jirona”, Rusiyanın ÇSKA (Moskva), İtaliyanın “Roma” klublarında da forma geyinib.

Seydu Dumbiya 2008-ci ildə debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 33 oyun keçirib, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkəsinin millisi ilə 2015-ci ildə Afrika Kubokunun qalibi olub.

Dumbiya ÇSKA ilə 3 dəfə Rusiya çempionu (2013, 2014, 2016) olub, 2 dəfə Rusiya Kubokunu (2011, 2013), 1 dəfə Rusiya Super Kubokunu (2014/2015) qazanıb. Afrikalı hücumçu “Bazel”lə İsveçrə çempionu (2016/2017) olub, İsveçrə Kubokunu (2016/2017) başı üzərinə qazanıb. O, “Sportinq”lə Portuqaliya Liqa Kubokunun (2017/2018) qalibi, “Hamrun”la Malta çempionu (2020/2021) olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: