Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Fatih Karagümrük” – “Kasımpaşa” matçında qonaqlar çətin qələbəyə seviniblər.
“Fənərbaxça” doğma meydanda “Rizəspor”u 5 cavabsız qolla məğlub edib.
Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin ehtiyatda qaldığı oyunda komandası “Adana Dəmirspor” “Alanyaspor”u 4 cavabsız qolla yenib.
Səfərdə “Konyaspor”la qarşılaşan “Beşiktaş” isə inamlı qələbəyə sevinib.
7-ci tura sabah keçiriləcək “Kayserispor” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
7-ci tur
29 sentyabr
Samsunspor – Qaziantep 1:2
Qollar: Ntçam, 90+3-pen – Draquş, 3. Yevtoviç, 17.
30 sentyabr
Sivasspor – Hatayspor 0:0
İstanbulspor – Antalyaspor 1:2
Qollar: Ethemi, 26 – Buksa, 50; 60.
Trabzonspor – Pendikspor 2:1
Qollar: Onuaçu, 3. Bakasetas, 27 – E.Çekici, 36.
Qalatasaray – Ankaragücü 2:1
Qol: Zaha, 56. Bilazer, 60-öz qapısına – Cephas, 48.
1 oktyabr
Fatih Karagümrük – Kasımpaşa 2:3
Qollar: Çekkerini, 43. Sturaro, 89 – Çekkerini, 3-öz qapısına. A.Kara, 6; 34.
Fənərbaxça – Rizəspor 5:0
Qollar: Şimanski, 3. İ.C.Kahveci, 47. Dzeko, 63. Tadiç, 75. Kinq, 90+3.
Adana Dəmirspor – Alanyaspor 4:0
Qollar: Balotelli, 30; 47. Belhanda, 71. T.Aydoğan, 87.
Konyaspor – Beşiktaş 0:2
Qollar: U.Yazğılı, 45+1-öz qapısına. Abubakar, 63.
2 oktyabr
21:00. Kayserispor – Başakşəhər