Super Liqa: “Qalatasaray” “Başakşəhər”ə səfərdə qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Pendikspor” – “Fatih Karagümrük” və “Rizəspor” – “Sivasspor” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Antalyaspor” doğma meydanda “Samsunspor” üzərində inamlı qələbəyə sevinib.

“Başakşəhər” isə doğma meydanda son çempion “Qalatasaray”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı İstanbul derbisi qonaqların qələbəsiylə yekunlaşıb.

6-cı turun oyunları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
6-cı tur
22 sentyabr

Qaziantep – İstanbulspor 2:0
Qollar: Draquş, 74. Ayeti, 90+5.

23 sentyabr

Pendikspor – Fatih Karagümrük 1:1
Qollar: Romero, 45+2 – Eysserik, 90+1.

Rizəspor – Sivasspor 1:1
Qollar: Vareşanoviç, 35 – Says, 7.

Antalyaspor – Samsunspor 2:0
Qollar: Yehezkel, 10; 18.

Başakşəhər – Qalatasaray 1:2
Qollar: Dyubua, 64 – Ziyeş, 43. İkardi, 50.

24 sentyabr

18:00. Ankaragücü – Konyaspor
18:00. Beşiktaş – Kayserispor
21:00. Alanyaspor – Fənərbaxça
21:00. Kasımpaşa – Adana Dəmirspor

25 sentyabr

21:00. Hatayspor – Trabzonspor

Xəbəri sosial şəbəkələrdə paylaş: