Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilib. Arena.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizə başlayıb.
Azərbaycan təmsilçilərindən Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olub. Qarşılaşma Hüseynovun məğlubiyyəti ilə yekunlaşıb. Ancaq rəqib finala yüksəldiyi üçün pəhləvanımız sabah təsəlliverici görüşə çıxacaq. Rəqib tunisli Lamjed Maafi olacaq.
Digər güləşçimiz Elis Manolova (68 kq) isə 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. O, startdaca məğlub olub və mübarizəni dayandırıb. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq və Meerim Jumanazarovaya (Qırğızıstan) qalib gəlməyə çalışacaq.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.