Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 5-ci tur çərçivəsində “Fajr Sepasi” ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə xal itkisi ilə üzləşiblər. Qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Beləliklə, “Traktor” cari mövsümdə qazandığı 8 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 5 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Maraqlıdır ki, turnir cədvəlinə məhz çempionatın debütantlarından olan “Fajr Sepasi” liderlik edir – 9 xal.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Fulad”la qarşılaşacaq. Bu oyun oktyabrın 4-də səfərdə baş tutacaq. Bundan öncə isə Təbriz klubu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” komandası ilə Asiya Çempionlar Liqası matçında üz-üzə gələcək. Bu oyun sentyabrın 29-da Təbrizdə keçiriləcək.


