Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 6-cı tur çərçivəsində “Fulad”la qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə xal itkisi ilə üzləşiblər. Qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Beləliklə, “Traktor” cari mövsümdə qazandığı 9 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Malavan”la qarşılaşacaq. Bu oyun oktyabrın 16-da doğma meydanda baş tutacaq.


